
Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir ki, 45 milyon manatı keçmir.
Bunu bu gün “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda “Audiovizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda deyib.
O qeyd edib ki, bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır.
“Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır”,- deyə Z.İsmayılov bildirib.