
İranın mərhum xarici işlər naziri Hüseyn Əmir Abdollahiyanın dəfn mərasimi başlayıb.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Helikopter qəzasında həlak olmuş Əmir Abdullahiyanın dəfn mərasimi Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Tehrandakı meydanların birində keçirilir.
Mərasimdən sonra cənazə dəfn olunmaq üçün Şah Əbdüləzim Həsən türbəsinə aparılacaq.
