TEHRANDA ASİYA PARLAMENT ASSAMBLEYASININ İCLASLARI KEÇİRİLƏCƏK

Asiya Parlament Assambleyasının iyulun 10-da İran İslam Respublikasının Tehran şəhərində tədbirləri keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini İlham Məmmədov təmsil edəcək.

Deputat qurumun Büdcə və planlaşdırma üzrə daimi komitəsinin və Nizamnamə sənədləri üzrə işçi qrupunun iclaslarında iştirak edəcək.