TEHRANDA “3+3” FORMATINDA İCLAS BAŞLAYIB

İran paytaxtı Tehranda “3+3” formatında Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə iclas başlayıb.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunur.

Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirələcək. Azərbaycanın və Rusiyanın və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan da “3+3” formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.