TDT-YƏ ÜZV ÖLKƏLƏRİN PARLAMENTLƏRİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR ÜZRƏ KOMİTƏLƏRİNİN BAKIDA KONFRANSI KEÇİRİLƏCƏK

Aprelin 25-27-də ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Macarıstan iştirak barədə artıq təsdiq veriblər. Türkmənistanla isə danışıqlar davam edir.