TDT-YƏ ÜZV DÖVLƏTLƏR ARASINDA BEYNƏLXALQ KOMBİNƏ EDİLMİŞ YÜK DAŞIMALARI HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş təsdiqlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmışdı.