
Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrdən müşahidəçilər izləyəcəklər.
Bu barədə “secki-2024.az” saytına TDT-nin katibliyindən məlumat verilib.
Bildirilib ki, hazırda müşahidəçilərin siyahısı və missiyanın Azərbaycanda fəaliyyət proqramı dəqiqləşdirilir. TDT-nin müşahidə missiyasının fevralın 4-dən 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulub.