Bakı-Qroznı səfərini həyata keçirən “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğramasını dərindən kədər hissi ilə qarşıladıq. Həyatını itirənlərin ailələrinə başsağlığı, qəzadan sağ xilas olanlara şəfa diləyirik.
Bu ifadələr Türk Dövlətləri Təşkilatının “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında yer alıb.
“Bütün düşüncə və dualarımız bu faciədən təsirlənən qardaşlarımızla birdir. Bu kədərli zamanda, təsirlənən bütün dövlətlərin xalqlarına səbir və başsağlığı diləyirik”, – deyə bəyanatda bildirilib.