TBMM XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİ ŞUŞA BƏYANNAMƏSİNİN TƏSDİQİ HAQQINDA QANUN TƏKLİFİNİ QƏBUL EDİB

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında Qanun təklifi qəbul edilib.

Fevralın 3-də komissiyanın iclası keçirilib.

Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən Komissiya iclasına xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran da qatılıb.

Y.S.Kıran Qafqaz regionunun strateji əhəmiyyətini vurğulayaraq, bölgədəki proseslərin Türkiyə və Azərbaycanın maraqları ilə sıx bağlı olduğunu vurğulayıb.