Tbilisidə “Lilo Mall”da güclü yanğın baş verib.
Bazarda baş verən yanğın artıq bir neçə mağazanı məhv edib.
Yanğının əhatəsi daha da genişlənir.
Əraziyə yanğınsöndürmə briqadası çağırılıb, alovun söndürülməsi davam edir.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.
“Lilo Mall” Tbilisi aeroportuna yaxın olduğu üçün qatı tüstünün uçuşlara da təsir edəcəyi istisna edilmir.