
“Heydər Əliyev-100” adlı kitab Tbilisidə gürcü dilində nəşr olunub.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görüb.
Ulu Öndər Heydər Əliyevin “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” fikri ilə başlayan nəşrdə, eyni zamanda, Ümummilli Liderin Tbilisidə Azərbaycanda dilində dərc olunan “Gürcüstan” qəzetinin oxucularına müraciəti də əksini tapıb.
Kitabda Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafındakı rolu, onun təşəbbüsü və fədakar əməyi nəticəsində həyata keçirilən neft strategiyası, “Əsri müqaviləsi”nin imzalanması, eləcə də iri miqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsindki xidmətləri barədə oxuculara ətraflı məlumat verilir.
Kitab elmi araşdırmaçılar üçün sanballı mənbədir.
Bu elmi əsərin Gürcüstanın ali təhsil ocaqlarına və kitabxanalara verilməsi nəzərdə tutulub.

