TAYVAN SAHİLLƏRİNDƏ 5,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Tayvan sahillərində Rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 350 min insanın yaşadığı Hualyan şəhərindən 33 kilometr şimal-şərqdə, ocağı isə yer səthindən 18 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.