
Milli Azərbaycan Tarixi Muzeyində zəngin kolleksiyanın ictimaiyyətə təqdim olunması məqsədilə yeni ekspozisiyanın qurulması prosesi həyata keçirilir.
Bu barədə muzeydən məlumat verilib.
Eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılır. Əşyaların tarixi-mədəni əhəmiyyəti nəzərə alınaraq, yeni qurulacaq ekspozisiya üçün müəyyən mövzular üzrə panel mətnləri hazırlanır, yeni eksponatlar seçilir. Daş və tunc dövrlərini əhatə edən tapıntıların nümayiş olunduğu zallar üçün eksponatlar müvafiq vitrinlərə yerləşdirilir. Digər zallarda isə antik və orta əsrlər dövrlərinə aid materialların seçilməsi və yeni tapıntıların cəlb edilməsi istiqamətində iş aparılır.