TARİX MUZEYİNDƏ ŞUŞA ŞƏHƏRİNİN İLK GERBİNİN TƏSVİRİ QORUNUR

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Azərbaycan şəhərlərinin müxtəlif dövrlərini əks etdirən gerblərin təsvirləri (Bakı, Gəncə, Şəki, Lənkəran, Zaqatala, Quba, Şamaxı, Şuşa, Naxçıvan və s.) qorunur. Onların arasında Şuşa şəhərinin ilk gerbinin təsviri xüsusi yer tutur.

Bu barədə muzeydən məlumat verilib.

Qədim Şuşanın gerbi üç hissəyə bölünmüş, bir hissəsində sağ tərəfdə ayaq üstə durmuş pələng, digər hissəsində yerdən püskürən alov, aşağı hissəsində isə yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir olunub. Gerb, həmçinin rənglərin harmoniyası baxımından diqqəti cəlb edir.