Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub.
Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
Onun sözlərinə görə, boru kəmərinin dəniz və İtaliya sahələrinin sınaqları və istismara verilməsi cədvələ uyğun həyata keçiriləcək ki, 2020-ci ilin dördüncü rübündə “Şahdəniz 2” layihəsindən ilk qazın nəqlini və TAP-ın istismara verilməsi prosesinin başlanğıcını təmin etmək mümkün olsun.
Qeyd edək ki, bir neçə gün əvvəl “Şahdəniz 2” yatağından Trans-Anadolu qaz kəməri ilə (TANAP) Avropaya qaz nəqlinin sınaqları başladığı barədə məlumat verilmişdi.