TANKÇILARIMIZ YARIMFİNAL MƏRHƏLƏSİNƏ HAZIRLIQLARINI DAVAM ETDİRİRLƏR

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.

Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.