
Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə həlak olub.
“CNN Türk” xəbər verir ki, 31 yaşlı vingerin cəsədi dağıntılar altından çıxarılıb.
Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.
Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” kimi klublarında da çıxış edib.
