Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmmiyyətli layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) ilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.
Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz kəməri” ünvanına malik olan TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq TAP bağlantısı ilə Avropaya çatdırır, beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir.
Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub. TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır. İki ölkənin enerji sahəsində brendləşməsinə böyük töhfələr verən TANAP ilə istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.
Cənub Qaz Dəhlizinin ən əhəmmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırdı.