Talış kəndində xeyli sayda 7.62 çaplı patron aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2640 ədəd 7.62 çaplı patron aşkar edərək götürüblər.
Araşdırma aparılır.
Xatırladaq ki, Tərtər rayonun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalından azad edilib.