TAİLANDIN KRALI PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Tailandın Kralı Maha Vaçiralonqkorn Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza əmin-amanlıq, uğurlar, rifah diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.