TACİKİSTANIN İQTİSADİ İNKİŞAF VƏ TİCARƏT NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ FƏXRİ XİYABANI ZİYARƏT EDİB

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanını ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, güllər düzülüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.