TACİKİSTANDA HELİKOPTER QƏZAYA UĞRAYIB – ÖLƏN VƏ YARALANAN VAR

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində rusiyalı turistləri xilas etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində helikopterin pilotu həlak olub. Daha dörd nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, helikopter bölgədə 6 min metr hündürlükdə qalmış turistləri xilas etməli idi. Yeddi turistlə iyulun 28-dən əlaqənin itdiyi deyilir.

Helikopter buzlaq ərazidə eniş edərkən qəzaya uğrayıb.