Əfqanıstanın Bəlx əyalətində vəziyyətin gərginləşməsi, Taliban terrorçularının ölkənin şimalına-Mərkəzi Asiya dövlətlərinin sərhədlərinə doğru irəliləyərək daha çox ərazi ələ keçirməsi ilə əlaqədar Türkiyə, İran və Pakistanın Məzari-Şərif şəhərindəki konsulluqları işini dayandırıb.
Tacikistan mətbuatı Əfqanıstanın “Khaama” nəşrinə istinadla xəbər verir ki, Məzari-Şərif şəhərindəki konsulluqlarda çalışan diplomatlar Kabilə köçürülüb.
Məlumatda bildirilir ki, Qazaxıstan, Tacikistan və Özbəkistanın Əfqanıstandakı diplomatik missiyaları Əfqanıstan vətəndaşları üçün viza verilməsini məhdudlaşdırıblar.
Xatırladırıq ki, Taliban terrorçuları Əfqanıstanın şimalında 100-dən artıq rayona nəzarəti ələ keçirib.