TACİKİSTAN DAĞLIQ QARABAĞDA MÜNAQİŞƏNİN GƏRGİNLƏŞMƏSİ ILƏ ƏLAQƏDAR NARAHATLIĞINI IFADƏ EDİB

Tacikistan Ermənistanla Azərbaycan arasında toqquşmalarla əlaqədar ciddi narahatdır.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda tərəflərə hərbi əməliyyatların dayandırılması üçün təcili tədbirlər görməyə çağırış yer alır:

“Hesab edirik ki, Dağlıq Qarabağda münaqişənin həlli yalnız hərbi-siyasi yolla mümkündür. Tacikistan mövcud fikir ayrılıqlarının beynəlxalq qəbul olunmuş normalar çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayır”.