
Tərtər rayonunda düşmənin basdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib.
Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkətində çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
