
2023-cü il 27 may tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.
