TƏHSİLVERƏNLƏRİN SERTİFİKATLAŞDIRILMASI PROSESİNİN TEST İMTAHANI MƏRHƏLƏSİ BAŞLAYIR

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayır.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.