TƏHSİL NAZİRİ: BU İL İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRDƏ 6 ÜMUMTƏHSİL MÜƏSSİSƏSİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Bu il işğaldan azad edilən ərazilərdə 6 ümumtəhsil müəssisəsi fəaliyyət göstərəcək

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, həmin məktəblərdə 780 şagird, 94 müəllimlə fəaliyyətdə olacaq.

Zəngilan rayon Ağalı kand tam orta məktəbi -11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası-1 qrup),

Tərtər rayon Talış kand tam orta məktəbi – 7 sinif 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası -1 qrup),

Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif 104 şagird, 15 müəllim,

Laçın şəhər 2 nömrəli tam orta məktəbi-11 sinif, 137 şagird, 16 müəllim,

Laçın rayonu Zabux kənd tam orta məktəbi-11 sinil, 51 şagird, 15 müəllim,

Şuşa şəhər 1 nömrəli tam orta məktəbi – 12 sinif 349 şagird, 25 müəllim (açılış cari tədris ili ərzində planlaşdırılır),

Qeyd edək ki, Elm və təhsil nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.