
Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftənin son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftənin son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.