TƏDRİS PROSESİNDƏ HANSI MÜƏLLİMLƏRƏ MƏHDUDİYYƏT TƏTBİQ OLUNACAQ? – AÇIQLAMA

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək: “Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq. Hər üç sertifikatın sahibləri əyani tədrisdə iştirak edə bilərlər”.