TƏDAVÜLƏ YENİ DİZAYNLI 20 MANATLIQ ƏSKİNASLAR BURAXILACAQ

Gələn ildən yeni dizaynlı 20 manatlıq əskinaslar tədavülə buraxılacaq.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Mərkəzi Bankdan bildirilib ki, Bank “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının yenilənməsini həyata keçib və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.