TƏBİİ SƏRVƏTLƏRİN ELEKTRON ATLASI HAZIRLANACAQ

Təbii sərvətlərin elektron atlası hazırlanacaq.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun Laçında keçirilən iclasında deyib.

O bildirib ki, bu istiqamətdə təklif aidiyyəti qurumlara təqdim edilib: “Düşünürəm ki, bu atlasın hazırlanması mühüm töhfə olacaq”.