TƏBİİ FƏLAKƏT, YOXSA BAYDENİN TRAMPA AĞIR MİRASI?..

Los-Ancelesdə hələ də davam edən yanğınlar fonunda hadisə ilə bağlı müxtəlif iddialar yayılır və geniş müzakirə olunur. Bir çoxları bunun Bayden adminstrasiyasının ölkəyə yarıtmaz rəhbərliyindən irəli gəldiyini deyir. Bir çoxları isə düşünür ki, bu yanğınlar hansısa təxribatın nəticəsidir və məqsəd yaxın vaxtlarda səlahiyyətlərinin icrasına başlayacaq Tramp adminstrasiyasına ağır miras qoymaqdır.

İlk növbədə onu qeyd etməliyik ki, Los-Ancelesdə baş verən yanğınlar eyni zamanda ABŞ-ın siyasi və idarəetmə sistemində ciddi bir problemlərin olduğunu orataya çıxardı. Hadisə ilə bağlı müxtəlif nəzəriyyələr və iddialar sübut edir ki, Bayden administrasiyası ölkəyə rəhbərliyi zəif yerinə yetirib. Başı beynəlxalq miqyasda müharibə və silahlanma fəaliyyətlərinə qarışan Amerika rəhbərliyi ölkədaxili məsəsələləri diqqətdən kənarda qoyub. Bu isə bir çox hallarda yerlərdə özbaşınalığın yayılmasına və məsuliyyətsiz addımların atılmasına gətirib çıxarıb.

Əsas diqqətçəkən məqam bu yanğınların təxribat məqsədilə törədildiyinə dair iddialardır. Güman edilir ki, yanvarın 20-də öz səlahiyyətlərinin icrasına başlayacaq Trampın yaxın gələcəkdə ölkədaxili problemlərin həllinə daha çox diqqət ayıracaq. Ən azından Los-Ancelesdə baş vermiş yanğınların fəsadlarının aradan qaldırılması onun gündəliyinin əsas məsələlərindən biri olacaq.

Qeyd edək ki, son bir neçə ildə ABŞ-da təbii fəlakətlərin, xüsusilə də meşə yanğınlarının sayı çoxalıb. Onlar əvvəllki illərə nisbətən indi daha çox baş verir və bu hadisələrin coğrafi miqyası getdikcə artır. Bəzi mütəxəssislərin fikrincə, buna iqlim dəyişikliyi də ciddi təsir göstərir. Lakin ekspertlərin çox bu fikirdədir ki, dövlətin təbii fəlakətlərə qarşı hazırlıqsızlığı baş verən hadisələri qarşısıalınmaz məcraya yönəldir. Bayden administrasiyası dövründə isə bu məsələ xüsusilə diqqəti cəlb edib, hökumətin konkret tədbirlər görməməsi və strateji yanaşma nümayiş etdirməsi nəticə etibarilə Los-Ancelesdəki dəhşətli yanğınların əsas səbəblərindən birinə çevrilib. Baxmayaraq ki, çoxları Baydenin vəzifəyə gələndən sonra təbii fəlakətlərin qarşısını almaq və təcili cavab tədbirləri görməklə bağlı onun idarəetməsini tərifləyirdilər. Lakin son hadisələr vəziyyətin heç də onlar düşünən kimi olmadığını göstərdi və bu sahəyə cavabdeh strukturların işinin öhdəsindən layiqincə gəlmədiyini sübut etdi. İndi əsas məqamlardan biri də Los-Ancelesdəki yanğınlar sadəcə təbii fəlakət yox, həm də müəyyən siyasi məqsədlərlə yönəldilmiş bir təxribat olması faktlarının dərindən araşdırılmasıdır. Əgər bu iddia təsdiqini taparsa çox güman ki, onun Tramp administrasiyasının idarəetməsinin zəiflədilməsinə yönəldiyini anlamaq çətin olmayacaq. Belə bir yanaşmanın mövcudluğu ilk növbədə ölkə daxilində mövcud olan siyasi gərginliklərin artmasına, həmçinin Trampın populyarlığının azaldılmasına xidmət edəcək. Ona görə də baş verənlərə Tramp administrasiyasının necə cavab verəcəyi gələcəkdəki siyasi mənzərəyə əhəmiyyətli dərəcədə təsir edəcək. Eyni zamanda, Los-Anceles hadisələri Tramp üçün təbii fəlakətlərin idarə olunmasında daha aktiv və strateji yanaşma tətbiq etmək, Amerika xalqının və dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliyinə yönəltmək baxımından əhəmiyyətli sınaq dövrü olacaq.

MTM Analitik Qrup