TƏBİB: VİRUSLARIN TÖRƏTDİYİ HƏR HANSI XƏSTƏLİKDƏ ANTİBİOTİK İŞƏ YARAMIR

Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur.

Bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

O qeyd edib ki, bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır və bu halda antibiotik həmin bakteriyaları məhv edə bilmir.

“Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”, – deyə o əlavə edib.