TƏBİB-İN YENİ VEB-SAYTI TƏQDİM EDİLİB

TƏBİB-in yeni yaradılan veb-saytı ( www.tabib.gov.az ) təqdim edilib.

Bu barədə təqdimat edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, vətəndaşlar kompüter və mobil cihazlardan saytı rahatlıqla ziyarət edə bilərlər: “Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.

Z.Ədilova əlavə edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək: “Bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzi istifadəyə verilir. Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”.