TƏBİB GƏLƏN İLDƏN SƏHİYYƏ NAZİRLİYİNİN TABEÇİLİYİNƏ VERİLƏCƏK TİBB MÜƏSSİSƏLƏRİNİN ADINI AÇIQLAYIB

TƏBİB gələn ildən Səhiyyə Nazirliyinin tabeçiliyinə veriləcək tibb müəssisələrinin adını açıqlayıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB – “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında həmin müəssisələrin adlarını açıqlayıb.

O bildirib ki, 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.