SYERRA-LEONEDƏ YANACAQ DAŞIYAN MAŞIN PARTLAYIB, 90-DAN ÇOX HƏLAK OLAN VAR

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 91 nəfər həlak olub.

Yük maşını qəzaya uğradıqdan sonra sakinlər yanacaq toplamaq üçün qəza yerinə toplaşıb.

Qısa müddət sonra sistern partlayıb və yanmağa başlayıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.