
Azərbaycanda suyun keyfiyyətinə nəzarət üzrə onlayn platforma yaradılması üzərində iş aparılır.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Cəmil Babayev Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.
O qeyd edib ki, sistem vasitəsilə qabaqcadan quraşdırılmış onlayn cihazlar vasitəsilə həm xidmət otağından, həm də mobil telefon və digər qurğulardan istənilən vaxt, istənilən nöqtədə suyun keyfiyyət parametrləri haqqında operativ məlumat əldə etmək mümkün olacaq.
“Bu, operativ şəkildə reaksiya verilməsini təmin edəcək, digər tərəfdən isə gələcəkdə aparılan təhlillərin elektron bazasının yaradılmasını təmin edəcək”, – deyə o əlavə edib.