ŞUŞAYA GÜCLÜ QAR YAĞIB

Şuşa şəhərinə güclü qar yağıb.

AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, yanvarın 8-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü bu gün 14-15 santimetrə çatıb.

Hazırda davam edən qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür.