ŞUŞANIN DAŞALTI KƏNDİNDƏ İKİ NƏFƏR MİNAYA DÜŞƏRƏK HƏLAK OLUB

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.