ŞUŞALILAR GÖVHƏR AĞA MƏSCİDİNDƏ NAMAZ QILIBLAR

Bu gün daha 52 Şuşa sakini doğma şəhərlərinə səfər ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfər çərçivəsində sakinlər Yuxarı Gövhər Ağa məscidində olublar.

Şuşa sakinləri məsciddə namaz qılıblar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhuna dualar oxuyub, qazilərə şəfa diləyiblər.