Şuşada yerləşən abidələrin elektron xəritəsi hazırlanıb və 46 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb.
Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
A.Kərimovun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayılda İşğal və Zəfər muzeyləri yaradılıb.
“Eyni zamanda Mədəniyyət Nazirliyi Şuşada Bülbülün ev-muzeyinin bərpasında iştirak edib. “Qarabağa kitabla gedək” layihəsi icra edilib və Qarabağ Kitab Fondu yaradılıb”, – nazir qeyd edib.