
Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfrans keçirilir.
Konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.
Qeyd edək ki, avqustun 26-da Azərbaycanda akkreditə olmuş daimi və qeyri-rezident diplomatik korpus və hərbi nümayəndələrin Şuşaya ikigünlük səfəri başlayıb.