ŞUŞADA MİNA TƏHLÜKƏSİ YOXDUR, ŞƏHƏR PARTLAYICI SURSAT VƏ MİNALARDAN TƏMİZLƏNİB – ANAMA

Şuşada mina təhlükəsi yoxdur, ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhəri partlayıcı sursatlar və minalardan təmizlənib.

Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Şuşa şəhəri, bölgəsi üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub.

S.Poladov vurğulayıb ki, Ağdam ərazisində də mina təmizləmə işləri davam etdirilir. Onun sözlərinə görə, vətəndaşların səfəri üçün nəzərdə tutulan ərazilər minalardan tam təmizlənib və təhlükəsizlik təmin edilib.