
Şuşada keçirilən 3×3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışın ən yaxşı oyunçusu (MVP) müəyyənləşib.
Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən Bakının “Neftçi” klubunun oyunçusu Derris Karter ən yaxşı seçilib.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparıblar.