ŞUŞADA JURNALİSTLƏR ÜÇÜN YAY MƏKTƏBİ FORMATINDA TƏLİMLƏRƏ START VERİLİB

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 İyul – Milli Mətbuat Günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verib.
Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.
Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də İİTKM-in əməkdaşları iştirak edirlər.
İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.