ŞUŞADA 3×3 BASKETBOL ÜZRƏ DÜNYA QADIN SERİYASININ MƏRHƏLƏ YARIŞINA START VERİLİB

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

Turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

Turnirin açılış oyununda Almaniya və Türkiyə seçmələri üz-üzə gəlirlər.

Mərhələ yarışında A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparacaq.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, “Neftçi” klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.