ŞUŞADA ƏSAS KÜÇƏLƏRİN BİRİNƏ MUSTAFA KAMAL ATATÜRKÜN ADI VERİLİB

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, – diplomat sosial şəbəkə hesabında yazıb.