ŞUŞA MƏNZİL-KOMMUNAL VƏ TƏMİR XİDMƏTİNİN İNZİBATİ BİNASI BƏRPA OLUNUR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılacaq bərpa işləri ilə maraqlanıblar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci xanıma görülən işlər barədə məlumat verib.