SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: BAKININ BU PROSPEKTİNDƏ QISAMÜDDƏTLİ TƏMİR İŞLƏRİ APARILIR

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu prospektində qısamüddətli təmir işləri aparılır (FOTO)